
Bakı. Trend:
Artan qlobal fikir ayrılıqlarının aradan qaldırılması və
etimadın bərpası üçün dialoq həlledici önəm daşıyır.
Trend xəbər verir
ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros
Adhanom Qebreyesus 12-14 mart tarixlərində keçiriləcək XIII Qlobal
Bakı Forumu ilə əlaqədar videomüraciətində deyib.
“Biz dərin dəyişikliklər və ciddi parçalanmaların baş aldığı
dövrdə yaşayırıq. Belə məqamlarda dialoq bir dəbdəbədeyil,
zərurətdir. Dialoq bizə hökm verməzdən əvvəl dinləməyə,
razılaşmazdan əvvəl anlamağa və sarsılmış etimadı yenidən bərpa
etməyə imkan verir”, – deyə o qeyd edib.
O, fikir ayrılıqlarının aradan qaldırılması və sülhün
möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyini
vurğulayıb.
“Bakı Forumunda liderlər və mütəfəkkirlərlə bir araya gəlməyi
səbirsizliklə gözləyirəm və sizi də birlikdə çalışaraq
parçalanmaları aradan qaldırmağa və daha dinc gələcəyin
formalaşdırılmasına töhfə verməyə dəvət edirəm”,- deyə Qebreyesus
əlavə edib.
Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid
mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.
2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi
tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq
dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün
regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu
oynayır.
Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə
təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və
beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

