Martın 9-da keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər – DİM

Baş səhifə

Bakı. Trend:

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə
bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana
buraxılış vərəqələrini çap edə bilərlər.

Trend xəbər
verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 2026-cı il martın 9-da Bakı şəhərinin Nərimanov,
Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron
(I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir,
Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab,
Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən
M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam
orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə
(Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta
məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda Dövlət
İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da tədrisi ingilis
dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən
istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini
çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə
bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:




a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeydlər:

-Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda
(şəhərdə) imtahan verirlər.

-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər
bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların
imtahan gününə uyğun tarixdə imtahan verirlər.

-Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və
rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər
(Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın
9-da imtahan verəcəklər).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir