
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqının
müharibənin başa çatması üçün kompromislərə hazır olduğunu hesab
etdiyini bildirib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Zelenski Kanadanın “CBC News”
telekanalına verdiyi müsahibədə danışıb.
“Düşünürəm ki, ukraynalılar ölkənin ləyaqətinin və
müstəqilliyinin itirilməsi ilə nəticələnməyəcək istənilən
kompromisslərə hazırdırlar”, -deyə o bildirib.
Zelenski eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması ilə
bağlı üçtərəfli (ABŞ, Ukrayna, Rusiya) danışıqlar prosesinə
münasibət bildirib. Dövlət başçısı jurnalistin danışıqlar prosesinə
güvənib-güvənmədiyi ilə bağlı sualına belə cavab verib:
“Bu güvənib-güvənməmək məsələsi deyil. Biz üzərimizə düşən
vəzifəni görməliyik… Düzdür, biz düşmənik, amma onu da yaxşı
anlayırıq ki, danışıqlar olmadan, dialoq olmadan heç kim bu
müharibəni dayandıra bilməz”.

