
Baki. Trend:
Azərbaycanla İran arasında avtomobil və dəmir yolu ilə
yükdaşımaların artırılması üzrə yol xəritəsi hazırlanacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə
Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin
artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini
müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə
razılıq əldə etdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat
dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir
mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
Xəbər yenilənəcək

