Azərbaycan ABŞ şirkəti ilə iqtisadi əməkdaşlığı müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ABŞ-nin “Goldman Sachs” şirkəti ilə iqtisadiyyatın
müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən
keçirib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Goldman Sachs” şirkətinin Aktivlərin və sərvətin idarəedilməsi
bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ölkəmizlə şirkət
arasında səmərəli tərəfdaşlığı vurğuladıq.

Azərbaycanın biznes mühitinin, makroiqtisadi sabitliyinin və
qlobal çağırışlara uyğun iqtisadi prioritetlərinin strateji
investisiyalar üçün əlverişli imkanlar yaratdığını qeyd etdik.
İqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini
nəzərdən keçirdik”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir