“Yuventus” ABŞ millisinin üzvü ilə anlaşdı

Baş səhifə

Bakı. Trend:

“Yuventus” mövsümün sonunda müqaviləsi başa çatan Ueston
Makkenni ilə razılığa gələ bilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi amerikalı
yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.




Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan
müqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illik
maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, “Yuventus” Ueston Makkennini 2021-ci ilin yayında “Şalke”dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin
təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7
məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir