Rəsmi Tehran: İran ABŞ-la mümkün qədər tez razılığa gəlməyə hazırdır

Baş səhifə

“Biz mümkün qədər tez razılığa gəlməyə hazırıq”.

APA Tasnim-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.

O bildirib ki, bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəklər: “Hər kəs bilməlidir ki, müharibəyə başlamaq mümkündür, amma onu bitirmək asan deyil. Eyni zamanda, İrana qarşı təcavüzün nəticələrindən bütün bölgə əziyyət çəkəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir