Ağdamda Su Çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalandı (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə ilk bayram tonqalı
qalanıb.

Trend-in yerli
bürosu xəbər verir ki, yandırılan tonqal ətrafında sakinlər bir
araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb, uşaqlar tonqal
üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və
çətinliklərini tonqalda yandıraraq arxada qoyublar.




Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin
əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb.
Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin
yaşayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir