
Bakı. Trend:
İran ən qısa müddətdə ədalətli bir razılaşma əldə etmək əzmi ilə
Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri
Abbas Araqçı “X” sosial şəbəkəsində yazıb.
“Əvvəlki danışıqlar mərhələsində əldə edilən razılaşmalara
əsasən, İran ən qısa müddətdə ədalətli və bərabər razılaşma əldə
etmək əzmi ilə Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək”, – deyə
o bildirib.
Nazir qeyd edib ki, qarşılıqlı maraqları nəzərə alan və
qarşılıqlı fayda təmin edən misli görünməmiş bir saziş bağlamaq
üçün tarixi bir fürsət var: “Razılaşma əldə edilə bilər, amma
yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə”, – deyə o əlavə
edib.

