Uitkoff və Kuşner Cenevrədə Umerovla görüşəcək

Baş səhifə

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner 26 fevralda Cenevrədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşəcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Novosti.Live” portalı məlumat verib.

“Ceredlə birlikdə bu cümə axşamı Cenevrəyə gəlirəm. Çərşənbə axşamı yola düşürük. Cenevrədə olmağımızın əsas məqsədi iranlılarla görüşməkdir. Çünki biz bu vəziyyəti diplomatik yolla da həll etməyə çalışırıq. Amma mən Rustemlə sözün əsl mənasında hər gün danışmışam və ondan Zelenskidən Cenevrədə görüşmək üçün icazə almasını xahiş etmişəm”, – Uitkoff deyib.

Uitkoff Umerovla görüşün məqsədinin söhbəti davam etdirmək və sülh razılaşmasına nail ola bilmək üçün müxtəlif variantları araşdırmaq olduğunu bildirib.

Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinin yaxın 10 gün ərzində baş tutacağına ümid etdiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir