Türkiyədə “F-16” qırıcı təyyarəsi qəzaya uğradı, pilot həlak oldu

Baş səhifə

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcı təyyarəsi
Balıkəsir vilayətində qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X”
sosial şəbəkəsində yazıb.

Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş
Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.




Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatları
nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarənin
qalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak
olub.

“Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılan
araşdırmalardan sonra müəyyən ediləcək”, – deyə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir