
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in
məlumatına görə, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115
nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

