Yevlaxda qaz balonu partladı, rayon sakini xəsarət aldı

Baş səhifə

Bakı. Trend:

Yevlax rayonunda qaz balonu partlayıb.

Trend-in
məlumatına görə, hadisə dünən saat 18 radələrində baş verib.




Belə ki, 1969-cu il təvəllüdlü Yevlax rayon sakini Ruslan
Sadıqov özünə məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən
kafedə olarkən obyektin daxilində mövcud olan maye-qaz balonunun
partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Hadisədən dərhal sonra R.Sadıqov Yevlax rayon Mərkəzi
xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir