AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yaydı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyev Ramiz Ənvər oğlunun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən
çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə
bir neçə dəfə rəsmi açıqlama verilib.

Trend xəbər
verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin
məlumatında qeyd olunub.

Bildirilib ki, akademiyanın rəhbərliyi bir daha Mehdiyev Ramiz
Ənvər oğlunun dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə
pisləyir və bağışlanmaz olduğunu bildirir.




Qeyd edilib ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən
xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə
riayət olunmaqla həll ediləcəkdir. Belə ki, ona qarşı irəli
sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq
edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi
Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar
qəbul ediləcəkdir.

“Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn
aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların
şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır”, –
məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir