
Bakı. Trend:
Bu gün 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci
yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv
olacaq.
Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları,
1-10-cu sinifləri əhatə edəcək.
Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada
həyata keçirilir.
Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər
üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını
nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il
saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv
edilməyəcək.

