
Bakı. Trend:
Babək rayonunda yerləşən mağazaların birinin qarşısından
içərisində 9503 manat olan “Milliön” ödəmə terminalının oğurlanması
barədə polisə məlumat daxil olub.
Trend-in
məlumatına görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl
Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın
fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların
olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata
keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

