“MilliÖn” ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Baş səhifə

“MilliÖn” ödəmə terminalından oğurluq şübhəli şəxs saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “MilliÖn” ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir