
Bakı. Trend:
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə
və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri
tədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23
yaşlı Simran Mürsəlov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan Trend-ə
verilən məlumata görə, onlardan ümumilikdə 11 kiloqramdan artıq
marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla R.Gülağazadə və S.Mürsəlovun şəxsiyyəti
araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb
edildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələri
Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa
razılaşdıqları müəyyən edilib.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb, saxlanılan
şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma
aparılır.

