
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Konqresə müraciəti zamanı prezident
vəzifəsində ikinci müddəti ərzində administrasiyasının əldə etdiyi
uğurlardan danışıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, ABŞ Prezidenti dərmanların qiymətlərinin
aşağı salınması istiqamətində gördüyü işlərlə fəxr etdiyini
bildirib.
“Mən həmçinin reseptlə satılan dərmanların əvvəllər heç vaxt
müşahidə olunmamış dərəcədə şişirdilmiş qiymətlərini ləğv etdim”,-
deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, digər prezidentlər bunu etməyə çalışsalar
da, nəticəyə nail ola bilməyiblər.
“Bu, böyük nailiyyətdir. Nəticədə qiymət fərqi 300, 400, 500,
600 faiz və daha çox təşkil edir. Bütün bunlar artıq “TrumpRx.gov”
adlı yeni veb-saytda əlçatandır”, – deyə o əlavə edib.

