
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta
şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı
toplanıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.

