
Bakı. Trend:
“Moody’s” agentliyinin proqnozuna əsasən, Azərbaycanın real
ÜDM-i 2026–2027-ci illərdə 2,5–3 faiz səviyyəsində ola bilər. Bu
göstərici 2025-ci ildə 1,5 faiz, 2024-cü ildə isə 4,1 faiz təşkil
edib.
Trend bu barədə
agentliyə istinadən xəbər verir.
“Artım yenidən bankların fəaliyyətinin əsas hissəsini həyata
keçirdiyi qeyri-neft sektorunun sabit dinamikası hesabına təmin
olunacaq ki, bu da kreditləşmənin, aktivlərin keyfiyyətinin və
gəlirliliyin qorunmasına dəstək verir. İqtisadi artım həmçinin
nəqliyyat-logistika sektorunda güclərin genişləndirilməsi və
aktivliyin artması, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu kimi əsas marşrutların inkişafı; Qarabağ və Şərqi Zəngəzur
bölgələrində bərpa işləri; eləcə də xarici investisiyaların külək
və günəş enerjisi layihələrinə cəlb olunmasına səbəb olan bərpa
olunan enerji sahəsində hökumət təşəbbüsləri hesabına
stimullaşdırılacaq”, -deyə “Moody’s”in hesabatında qeyd olunur.
Xəbər yenilənəcək

