
Bakı. Trend:
Bu gün bir çoxumuz evdən çıxşmadan internet üzərindən biznes
qura bilirik. Onlayn təhsildə gecikmə ola bilər, amma onlayn
birjada, mərc oyunlarında və onlayn qərarvermədə gecikmələr mümkün
deyil.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov “A-dan Z-yə
internet” media üçün praktik təlimdə deyib.
“10-15 il əvvəl internetdən əsasən elektron poçtumuzu yoxlamaq
üçün istifadə edirdik və bir neçə sayta daxil olub məlumatlar əldə
edirdik. Bu gün bütün sahələr, hətta gündəlik ünsiyyət internet
üzərində qurulub. Hazırda hər ailədən ən azı 3-4 cihaz
internetdədir”.
İKTA rəsmisi qeyd edib ki, internetdəki problemlərin təxminən
35-40%-i evin daxilindədir:
“Bu yaxınlarda evdə internetin zəif olması səbəbindən vətəndaşın
evinə baxış keçirildi, məlum oldu ki, modemi alçipanın altında
qutuya qoyaraq gizlədib sonra provayderdən şikayətlənib. Bu cür
məlumatsızlığı aradan qaldırmaq lazımdır”.

