
Bakı. Trend:
Azərbaycanın bank sektorunda maliyyələşmə və likvidlik sabit
qalacaq.
Trend bu barədə
“Moody’s” agentliyinə istinadən məlumat verir.
Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan bankları
əsasən müştəri depozitləri hesabına maliyyələşir. 2025-ci ilin
dekabr ayına olan məlumata görə, depozitlər illik müqayisədə 1,4
faiz artaraq bankların ümumi öhdəliklərinin təxminən 77 faizini
təşkil edib.
“Azərbaycanda xarici valyutada olan depozitlərin payı 2025-ci
ilin dekabr ayının sonuna 37 faiz olub. Bu göstərici 2022-ci ilin
sonundakı 48 faizlə müqayisədə azalıb (2016-cı ildə 70 faizdən çox
idi). 2025-ci ilin dekabr ayının sonuna bank sektorunun
aktivlərinin təxminən 41 faizi likvid olub — buraya nağd vəsait və
onun ekvivalentləri, digər banklardakı vəsaitlər, həmçinin dövlət
və kvazi-dövlət isitiqrazlarına yatırımlar daxildir ki, bu da
xarici şoklara qarşı etibarlı bufer formalaşdırır”, – deyə
hesabatda qeyd olunur.
Xəbər yenilənəcək

