Novruz sərfəli imkanlar gətirir: “VTB” (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Baş səhifə

Bakı. Trend:

“VTB” (Azərbaycan) Novruz bayramı ərəfəsində müştərilər üçün
sərfəli kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində
nağd kreditləri illik 9,5%-dən başlayan faiz dərəcəsi və 0%
komissiya ilə əldə etmək mümkündür. Təklif 24 fevral – 31 mart
tarixləri arasında qüvvədədir.

Bayram kampaniyası çərçivəsində çərşənbə axşamları nağd
kreditlər tam komissiyasız – 0% ilə təqdim olunacaq.

Eyni zamanda, digər banklardakı kreditlərini “VTB”
(Azərbaycan)-da birləşdirmək istəyən müştərilər aksiyanın bütün
müddəti ərzində krediti komissiyasız rəsmiləşdirə bilərlər. Bu isə
kredit şərtlərini daha sərfəli edir və daha geniş müştəri kütləsi
üçün əlçatan imkan yaradır.




“Novruz yenilənmə zamanıdır. Biz də bu ərəfədə müştərilərimizə
daha sərfəli və rahat kredit imkanları təqdim edirik. Endirilmiş
faiz dərəcəsi və komissiyanın olmaması kredit rəsmiləşdirilməsini
daha əlverişli edir. Məqsədimiz müştərilərimizin planlarını
gerçəkləşdirməsinə dəstək olmaq və bank xidmətlərini daha da
əlçatan etməkdir”, – deyə bank “VTB” (Azərbaycan)-ın İdarə
Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov şərh
edib.

“VTB” (Azərbaycan) ASC-nin məhsul və xidmətləri haqqında
məlumatı filiallarda,
https://vtb.az/
rəsmi veb saytında, 986 qısa nömrəsinə zəng
etməklə və sosial media səhifələrində əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir