Azərbaycanda həyat sığortası ödənişləri 39% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin
hesabına 61,290 milyon manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 600 min manat və ya 1% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 11,4
milyon manat və yaxud 38,9% artaraq 40,915 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında həyat sığortası bazarında
toplanmış hər 100 manat sığorta haqqının 66,8 manatı müştərilərə
geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət
göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat
məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir