
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri
Fuat Oktay ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və
Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu
üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib,
xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir
edilib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha
da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

