Zelenski: Növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçiriləcək

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqların martın əvvəlində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” məlumat yayıb.

“Görüş bizim fikrimizcə, martın əvvəlində olacaq”, – Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək.

“İlk mövzu – Ukraynanın bərpası paketidir, onun detalları müzakirə ediləcək. İkinci mövzu – üçtərəfli görüşün hazırlanmasıdır. Üçüncü mövzu isə mübadilədir. Umerov mübadilə detalları haqqında danışacaq”, – Zelenski qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir