“Moody’s”: Azərbaycanın iqtisadi artımı qarşıdakı iki ildə 2,5–3% olacaq

Baş səhifə

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımının 2026–2027-ci illərdə 2,5–3% səviyyəsində olacağını proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s”in Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilir.

Bu göstərici 2025-ci il üçün gözlənilən 1,5% və 2024-cü ildə qeydə alınmış 4,1% artımla müqayisədə daha yüksəkdir.

Agentliyin qiymətləndirməsinə görə, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq. Bank əməliyyatlarının böyük hissəsi məhz bu sektorun payına düşür.

Hesabatda qeyd olunur ki, bu tendensiya kreditləşmənin artımını, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasını və rentabelliyin saxlanmasını dəstəkləyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir