
Bakı. Trend:
Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Nyukasl”la
cavab görüşü “Qarabağ”ın futbolçusu Kamilo Duran üçün əlamətdar
olub.
Trend
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)
istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu ÇL-də
bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.
Ondan əvvəl bunu Radamel Falkao etmişdi. Belə ki, təcrübəli
forvard 2016/2017 mövsümündə “Monako”nun heyətində 5 qol vurmağı
bacarmışdı.

