Geosiyasi gərginliklər fonunda əlvan metallar bahalaşır

Baş səhifə

Bakı. Trend:

Dünyada yaşanan geosiyasi gərginliklər fonunda qızıl bahalaşmağa
davam edir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, COMEX birjasında Bakı vaxtı ilə 14:40-a
olan vəziyyətə görə aprel ayı üzrə füçers qiyməti 0,4 faiz
bahalaşaraq bir unsiya üçün 5,198 dollar (təx.8,836 AZN) təşkil
edib.

Digər yandan gümüş üzrə füçerslər də 3,5 faiz bahalaşaraq, bir
unsiya üçün $90,575 (təx. 153,977 AZN) olub.




İran ətrafında olan gərginlik qoruyucu aktiv qismində əlvan
metallara tələbi əhəmiyyətli dərəcədə artırıb.

ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib ki,
İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək, hərçənd o
məsələnin hərbi güc tətbiq olunmadan həllinə üstünlük verdiyini
bildirib. Bununla yanaşı, ABŞ Yaxın Şərq regionda böyük hərbi
qüvvələr cəmləşdirib və ekspertlər İrana zərbə endirilməsinin
qaçılmaz ola biləcəyindən ehtiyat edirlər.

JPMorgan analitiklərinin proqnozlarına görə, 2026-cı ilin
sonunadək qızılın qiyməti bir unsiya üçün 6300 dollara çata
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir