Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?

Baş səhifə

Bakı.Trend:

Ötən il ümumi dəyəri 250 min manat olan 101 ədəd sahibsiz qalmış
dövlət mülkiyyətinə keçən əmlak təhvil götürülüb.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2025-ci
il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.




Bildirilir ki, ötən il dövlət nəfinə müsadirə edilmiş əmlakların
satışı ilə bağlı 5 hərrac keçirilmiş və satılmış əmlakın dəyəri 1,6
mln. manat olub. Dövr ərzində bələdiyyə mülkiyyətində olan 557
torpağın mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 51 şəhər və
rayon üzrə 49 torpaq müsabiqəsi və 147 torpaq hərracı təşkil
edilib, 499 torpaq mülkiyyətə və icarəyə verilib, 58 bələdiyyə
torpağının müsabiqə və hərracı baş tutmayıb. Mülkiyyətə verilmiş
torpaqların satış qiyməti 1,7 mln. manat, icarəyə verilmiş
torpaqların icarə qiyməti isə 508 min manat təşkil edib. Mülkiyyətə
və ya icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 3033,58
ha (15,5 ha mülkiyyət, 3018,08 ha icarə) təşkil edib. Onlardan
sahibkarlıq məqsədilə 13,14 ha olan 55, fərdi yaşayış evinin
tikintisi məqsədilə 5,65 ha olan 76, kənd təsərrüfatı məqsədilə
814,13 ha olan 213, heyvandarlıq məqsədilə 2200,66 ha olan 155
torpaq sahəsi mülkiyyətə və ya icarəyə verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir