Orban Macarıstanda enerji obyektlərinin mühafizəsinin gücləndirilməsinə göstəriş verib

Baş səhifə

Bakı. Trend:

Macarıstan enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi
üçün əlavə tədbirlər görəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor
Orban bildirib.

Orbanın sözlərinə görə, hökumət Ukraynanın enerji obyektlərinin
fəaliyyətini pozmağa cəhd edə biləcəyindən ehtiyat edir.




“Ölkəmizin həyati əhəmiyyətli enerji infrastrukturu
obyektlərinin mühafizəsinin gücləndirilməsi barədə göstəriş
vermişəm”,- o, “Facebook” sosial şəbəkəsində yazıb.

Orban “Drujba” neft kəməri ilə tranzitin dayandırılmasına görə
Ukraynanı yenidən tənqid atəşinə tutub.

“Lakin onlar bununla kifayətlənməyəcəklər: Macarıstanın enerji
sisteminin fəaliyyətini pozmaq məqsədilə digər addımlar
hazırlayırlar”, – Macarıstanın Baş naziri bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir