“Xəzər Dəniz Gəmiçiliyi”ndən şeyxin oğlu ilə bağlı AÇIQLAMA

Baş səhifə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin bu qurumda tutduğu vəzifədən azad olunduğu barədə xəbərə aydınlıq gətirib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev Modern.az-ın bununla bağlı sorğusuna cavab verib.

O bildirib ki, Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.

“Bildiririk ki, Məhəmməd Paşazadə öz ərizəsi əsasında işdən ayrılıb. Proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib”,-deyə mətbuat katibi qeyd edib.

Qedy edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yeganə oğludur. Onun beş bacısı da var.

Məhəmməd Paşazadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib.

Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Paşazadənin dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilib.

Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir. Onun babasının adını daşıyan Allahşükür adlı  oğlu var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir