
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 62,012 milyon manat həcmində sığorta
ödənişləri həyata keçirilib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd olunan dövrdə ən böyük ödəniş həcmi 35,330 milyon manat
olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib.
11,185 milyon manat ödəniş həcmi ilə ikinci yeri “Paşa Sığorta”
ASC, 4,688 milyon manat göstərici ilə isə üçüncü yeri “Atəşgah
Həyat” Sığorta Şirkəti” ASC tutub.
2026-cı ilin yanvar ayı üzrə sığorta ödənişlərinin həcminə görə
Azərbaycanın sığorta şirkətlərinin renkinq cədvəlini təqdim
edirik:
|
Şirkətin adı |
Məbləğ (milyon manat) |
|
“Paşa Həyat Sığorta” |
35,330 |
|
“Paşa Sığorta” |
11,185 |
|
“Atəşgah Həyat” Sığorta Şirkəti |
4,688 |
|
“Atəşgah” Sığorta Şirkəti |
3,353 |
|
“Qala Sığorta” |
1,855 |
|
“Azərbaycan Sənaye Sığorta” |
1,272 |
|
“Meqa Sığorta” |
1,109 |
|
“A-Qroup Sığorta Şirkəti” |
861 |
|
“Xalq Sığorta” |
763 |
|
“AtaSığorta” |
603 |
|
“Xalq Həyat” Sığorta Şirkəti |
520 |
|
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
238 |
|
“Qala Həyat” Sığorta Şirkəti |
2,607 |
|
“AzSığorta” |
21 |
|
“İpək Yolu Sığorta” |
0 |

