Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Baş səhifə

Oğuzda 40 ağacın kəsilməsinə görə polis cinayət işi başlanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosunabildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir