
Bakı. Trend:
Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Trend-in məlumatına görə,
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı idarə etdiyi
“VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud
şəkildə pozan və digər sürücülərə təhlükə yaradan A.Rəhimov
saxlanılıb.
Belə ki, sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər
görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Rəhimov sürücülük hüququ 1 il müddətinə
məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

