
Bakı. Trend:
Qazaxıstan iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliyin
yayılması fonunda Rusiyanın Ural Federal Dairəsindən (UrFO) ət və
süd məhsullarının idxalını qadağan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qadağa həmçinin, Volqoqrad, Saratov, Samara və Orenburq
vilayətlərindən gətirilən ət və süd məhsullarını da əhatə edir.
Sərəncamda səbəb göstərilməsə də, Rosselxoznadzor Qazaxıstan
Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq nəzarəti və monitorinqi
qurumunun qərarına istinad edir.
Bundan əvvəl Qazaxıstanın Baytarlıq Nəzarəti və Monitorinqi
Komitəsinin rəhbəri Kazbek Taşimov bildirmişdi ki, məhdudiyyətlər
Rusiyadan pasterellyoz xəstəliyinin ölkəyə gətirilməsi riskilə
bağlıdır; bu xəstəliyə yoluxma halları iribuynuzlu mal-qara
arasında qeydə alınıb.
O vurğulamışdı ki, bu tədbir müvəqqəti xarakter daşıyır və
vəziyyət sabitləşən kimi qadağanın dərhal ləğvi planlaşdırılır.

