
Bakı. Trend:
Britaniyalı meteoroloqlar Avropa istiqamətində hərəkət edən
Sahara səhrasından qalxan toz təbəqəsinin təsiri ilə yaranan “qanlı
yağış” adlandırılan yağıntının düşə biləcəyi ilə bağlı xəbərdar
ediblər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səhradan gələn toz şleyfi Böyük Britaniya
üzərində yağıntılarla qarışaraq yağışa qırmızımtıl çalar verə
bilər.
Qeyri-adi görünüşünə baxmayaraq, bu hadisə əhali üçün təhlükə
yaratmır. Ən böyük nəticə avtomobillərin, pəncərələrin və digər
açıq səthlərin üzərində nazik toz qatının yaranması ola bilər.
Qiymətləndirmələrə görə, “qanlı yağış”ın ən nəzərəçarpan
nəticələri Böyük Britaniyanın cənub rayonlarında müşahidə oluna
bilər.

