Prezident İlham Əliyevin Xocavənd sakinləri ilə səmimi söhbəti

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban
Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində
görülmüş işlərlə tanış olublar.

Trend xəbər verir ki, sonra
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları
Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində
oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki,
evimizə təşrif buyurmusunuz.

Kişi sakin: Fəxr edirəm ki, Sizin
komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Füzuli və Xocavənd…
Buranı azad etmisən?

Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində
hərbi xidmətimi davam edirəm.

Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün
şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür,
həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə
gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam
ki, mənim övladlarım burada böyüyəcəklər.

Prezident İlham Əliyev: İnşallah. Çox gözəl.
Şərait də yaxşıdır. Eviniz necədir?

Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş
Komandan.

Prezident İlham Əliyev: Sən özün harada
doğulmusan?

Kişi sakin: Xocavənd rayonunun Axullu
kəndində.

Prezident İlham Əliyev: Axullu. Uzaqdır
buradan?

Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.

Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük
şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var,
təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban
xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə
cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın.
Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik,
çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş
gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada
yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun
Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı
düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada
doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır,
təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın,
təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.

Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Siz nə işlə məşğul
olursunuz?

Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat
müəllimiyəm.

Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən
çox şərəf duyuram.

Birinci xanım Mehriban Əliyeva: Mən də çox
xoşbəxtəm sizi görməyimə.

Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi
görməyə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma
Qarabağ torpağındasınız.

Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı
yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı
düzələcək. Təmirdir, məktəbdir – hamısı olacaq, bəli.

Digər qadın sakin: Allah canınızı sağ
eləsin.

Kişi sakin: Düşməni də qovmuşuq.

Digər qadın sakin: Allah canınızı sağ eləsin.
Sizin sayənizdə.

Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.

Qadın sakin: Amin. Allah Sizi qorusun,
xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.

Prezident İlham Əliyev: Bundan sonra sülh
olacaq.

Digər qadın sakin: Allah ömür versin Sizə.

Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini,
güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.

Prezident İlham Əliyev: Eşitməyəcəklər.

Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir
dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.

Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir.
Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz
torpaqlarımızı azad etdik.

Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un
sayəsində.

Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm
hərbçi bacısıyam, həm də şəhid bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət
eləsin.

Qadın sakin: Həm də həyat yoldaşım
hərbçidir.

Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin
azad olunmasında iştirak edib və yüksək təltiflərlə də
mükafatlandırılıb.

Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ
olun.

Prezident İlham Əliyev: İndi Azərbaycan elə
güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası
ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç
bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki,
bunu biz təmin edək. Onu da edirik.

Qadın sakin: Sayənizdə, cənab Prezident.
Bunların hamısı sayənizdə oldu.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva: Gəlin,
birlikdə şəkil çəkdirək.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ
olun.

Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun,
cənab Prezident. Şərəfdir bizim üçün.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir