
Bakı. Trend:
Mart ayında Cənubi Koreya və ABŞ “Freedom Shield” (“Azadlıq
qalxanı”) adlı illik birgə hərbi təlimlər keçirəcəklər.
Trend-in xəbər
verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və
“Döyüşçü qalxanı” adlı səhra manevrlərini, eləcə də döyüş
əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək.
Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin
miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal
edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə
münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.

