Sahib Məmmədov daha bir şöbə müdirini İŞDƏN ÇIXARDI

Baş səhifə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Hüquq şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əfsanə Hüsaməddin qızı Məstiyeva Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Digər əmrlə isə o, Hüquq şöbəsinin müdir müavini təyin olunub və şöbə müdiri vəzifəsini müvəqqəti icrası da ona tapşırılıb.

Xatırladaq ki, daha əvvəl isə Səadət Zakir qızı Hasilova Maliyyə şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun yerinə Aynur Yaşar qızı Cəbrayılova-Ərdoğan təyin olunub. (Milli.az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir