
Bakı. Trend:
Roma Papasının Afrikaya səfəri planlaşdırılır. Aprelin 13-dən
23-dək baş tutacaq səfər cari ildə pontifikin qitəyə ilk böyük
xarici səfəri olacaq.
Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, Papa XIV Leo Əlcəzair,
Anqola, Ekvatorial Qvineya və Kameruna səfər edəcək.
Gözlənilir ki, Papa dünya liderlərini Afrikada inkişafın
dəstəklənməsinə çağıracaq, həmçinin katolik–müsəlman dialoqunun
təşviqi və dinlərarası əməkdaşlıq səylərinə diqqət yönəldəcək.

