Zelenski Donald Tramp ilə telefon danışığının detallarını açıqladı

Baş səhifə

Bakı. Trend:

Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə bu
yaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.

Trend-in
məlumatına görə, Zelenski bu barədə öz “Telegram” kanalında
yazıb.

“Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə
Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də
qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün
səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür
cəlb olunduqlarına görə təşəkkür etdim.

Biz həmçinin PURL proqramıa böyük dəyər veririk. Bu qış Ukrayna
üçün ən çətin qışdır, lakin ABŞ-dən ala biləcəyimiz hava hücumundan
müdafiə raketləri bu çətinliklərin öhdəsindən gəlməkdə və
insanların həyatını qorumaqda böyük köməkdir.




Nümayəndələrimizin sabah Cenevrədə ikitərəfli görüşdə üzərində
işləyəcəkləri məsələləri, eləcə də mart ayının əvvəlində
keçiriləcək tam üçtərəfli danışıqlar qruplarının növbəti görüşünə
hazırlıqları müzakirə etdik.

Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçməyə
imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını
dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və
nəhayət müharibəyə son qoymağın yeganə yolu budur.

Təşəkkür edirəm!”, – Zelenski paylaşımda qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir