
Bakı. Trend:
Mançester Yunaytedin və Türkiyə millisinin qapıçısı Altay
Bayındır bu yay Beşiktaşa keçəcək.
Trend xəbər verir
ki, Türkiyə klubu artıq oyunçu ilə şəxsi şərtləri razılaşdırıb.
Əvvəlcə 3 milyon avro maaş müzakirə olunsa da, tərəflər sonda 2
milyon avro məbləğində razılığa gəliblər. “Qırmızı şeytanlar”
ləqəbli Mançester Yunayted qapıçını 5 milyon avroya satmağa
razılaşıb və o, yay transfer pəncərəsi açıldıqdan dərhal sonra yeni
komandasına qoşulacaq.
Altay Bayındır bu mövsüm altı oyunda meydana çıxıb və 11 qol
buraxıb. O, daha əvvəl Ankaragücü və Fənərbağça komandalarında
çıxış edib.

