“Əl-Nəsr” böyükhesablı qələbə ilə zirvəyə yüksəldi

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turunun təxirə salınmış
oyununda Əl-Nəcmə ilə Əl-Nəsr qarşılaşıb.

Trend xəbər verir
ki, görüş “Əl-Nəsr”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların hücumçusu Kriştianu Ronaldu hesabı açıb.
Portuqaliyalı futbolçu 7-ci dəqiqədə penaltini dəqiq yerinə
yetirib. Cinah oyunçusu Kinqsli Koman 31-ci dəqiqədə üstünlüyü
artırıb. Birinci hissənin sonlarında müdafiəçi İniqo Martinez
hesabı 3:0 edib.




İkinci hissənin 52-ci dəqiqəsində hücumçu Sadio Mane Ronaldunun
ötürməsindən sonra dördüncü qolu vurub. 80-ci dəqiqədə isə İniqo
Martinez dubl edərək yekun hesabı müəyyənləşdirib – 5:0.

Bu matçda Kriştianu Ronaldu karyerasında 965-ci qolunu
vurub.

Bu qələbə ilə “Əl-Nəsr” 23 oyundan 58 xal toplayaraq turnir
cədvəlində birinci yerə yüksəlib. “Əl-Nəcmə” isə səkkiz xalla 18-ci
pillədə qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir