Piter Navarro “Apple”ın baş icraçı direktorunu ittiham etdi

Baş səhifə

Bakı. Trend:

Piter Navarro, “Apple”ın baş icraçı direktoru Tim Kuki istehsal
prosesini ABŞ-yə köçürmək barədə yalan danışmaqda ittiham edib.

Trend xəbər verir
ki, bu barədə “New York Post” yazıb.

Navarronun sözlərinə görə, Donald Trampın ilk prezidentliyi
dövründə Tim Kuk “iPhone” istehsalının Çindən ABŞ-yə köçürüləcəyini
vəd etsə də, bu baş verməyib. O əlavə edib ki, şirkət rəhbəri eyni
mövqeni yenidən səsləndirir.




Bundan əvvəl Tim Kuk “Apple”ın ABŞ-də istehsala sadiq olduğunu
və ilin sonunda Hyustonda “Mac mini” kompüterlərinin istehsalına
başlanacağını açıqlamışdı.

Qeyd olunur ki, Donald Tramp ABŞ-dən kənarda istehsal olunan
“iPhone”lara 25 faiz rüsum tətbiq edəcəyini bəyan etmişdi. Hazırda
Appleın əsas istehsal müəssisələri Çin, Hindistan və Vyetnamda
yerləşir.

Bəzi hesablamalara görə, istehsalın ABŞ-yə köçürülməsi
“iPhone”un yerli bazarda qiymətini təxminən üç dəfə artıra
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir