
Bakı. Trend:
“Wu-Tang Clan”ın prodüseri və həmtəsisçisi Oliver Qrant 52
yaşında vəfat edib.
Trend xəbər verir
ki, bu barədə qrupun X səhifəsində paylaşım edilib.
“Rahat yat, Power”, – deyə paylaşımda bildirilib.
Oliver Grant 1992-ci ildə qrup yarandığı gündən etibarən Wu-Tang
Clan ilə işləyib. O, kollektivin yeddi albomunun hamısında icraçı
prodüser kimi fəaliyyət göstərib.
1995-ci ildə o, “Wu Wear” geyim brendini təsis edib və daha
sonra Nike və Nyu-Yorkda yerləşən geyim istehsalçıları ilə
əməkdaşlıq edib.

