Aston Martin işçi heyətinin 20 faizini ixtisar etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın avtomobil istehsalçısı Aston Martin xərcləri
azaltmaq məqsədilə işçi qüvvəsinin 20 faizədək hissəsini ixtisar
etməyi planlaşdırır. Hazırda şirkətdə təxminən 3 000 nəfər
çalışır.

Trend xəbər verir
ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, istehsalçının
xalis zərəri 363,9 milyon funt sterlinqə (491,5 milyon ABŞ dolları)
çatıb. Halbuki bir il əvvəl bu göstərici 289,1 milyon funt (390,3
milyon dollar) təşkil etmişdi.




Şirkət maliyyə vəziyyətinin pisləşməsini avtomobillərə tələbatın
azalması, eləcə də ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının mənfi
təsiri ilə əlaqələndirib.

Aston Martin işçi sayının azaldılması hesabına 40 milyon
funtadək (54 milyon dollar) vəsaitə qənaət etməyi gözləyir.
İxtisarların konkret olaraq nə vaxt həyata keçiriləcəyi isə
açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir