
Bakı. Trend:
ABŞ Prezidentinin Xüsusi Elçisi Stiven Uitkoff İsveçrəyə səfər
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Cenevrədə o ABŞ nümayəndə heyətinin sədri olaraq nüvə böhranının
nizamlanması ilə bağlı İran-ABŞ danışıqlar prosesinin üçüncü
raundunda iştirak edəcək.
İrandan olan nümayəndə heyətinə isə ölkənin XİN rəhbəri Abbas
Əraqçinin başçılıq edəcəyi gözlənilir.
Qeyd edək ki, Uitkoff ötən həftə də İsveçrəyə səfər etmişdi.
Həmin vaxt o ABŞ-ni Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı
üçtərəfli danışıqlarda (ABŞ, Ukrayna, Rusiya) təmsil edirdi.

