BNMİ-dən əməliyyat: 51 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti tədbir
zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin
satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov
saxlanılıb.

Bildirilib ki, onun idarə etdiyi avtomobil və paytaxt ərazisində
gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51
kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb.
İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının
tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum
olub.




Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir